Devalvasiya Azərbaycan iqtisadiyyatını çökdürür - təfsilat

23/12/2015 [10:15] - İqtisadiyyat (950)



Manatın dollar qarşısında dəyər itirməsindən sonra dünən paytaxtda ajiotaj davam edib. Səhər saatlarından başlayaraq gün ərzində paytaxtın bir çox iri alış-veriş mərkəzlərində, dükanlarda satış dayandırılıb. Bu səbəbdən iri alış-veriş mərkəzlərinin qarşısında böyük izdiham yaşanıb. Demək olar, bütün xırda dükanlarda satış ya dayandırılmışdı, ya da məhdud sayda məhsulların satışı həyata keçirilirdi. Hətta vətəndaşlar üçün çörək tapmaq belə müşkülə çevrilmişdi. Dünən bəzi marketlər isə işləsə də, məhsulları 50 faiz bahasına təklif edirdi.


“Binə” Ticarət Mərkəzində nə baş verir?

Dünən yayılan daha bir maraqlı məlumat “Binə” Ticarət Mərkəzi ilə bağlı oldu. Sosial şəbəkələrdə Ticarət Mərkəzinin satıcılarının etiraz aksiyası keçirdiyi barədə məlumatlar yayılmışdı. Ticarət Mərkəzində işləyən satıcılardan biri ilə əlaqəsaxlayaraq, yayılan məlumatın nə dərəcə həqiqətə uyğun olub-olmadığını dəqiqləşdirdik. Məlum oldu ki, ticarət mərkəzinin ayaqqabı satışı ilə məşğul olan sıralarında yerləşən mağazaların sahibləri “Binə”nin rəhbəri Kəbirə Məmmədova iləgörüşüblər. Onlar icarə qiymətlərinin aşağı salınmasını istəyiblər.

Məlumata görə, Kəbirə Məmmədova yalnız yanvar ayı üçün hər mağazanın icarə haqqının 100 manat azaldılacağına söz verib.

Devalvasiyadan sonra “Binə” “ölüb”, “Sədərək” “can verir…”


Amma o da faktdır ki, devalvasiyadan sonra “Binə” ticarət mərkəzində alver “ölüb”. Artıq yüzlərlə mağazanın qapısına qıfıl vurulub.

Bu gün bir qrup sahibkar ticarət mərkəzinin rəhbəri Kəbirə Məmmədovadan icarə haqqının azaldılmasını tələb edib. Əks halda ticarət mərkəzində alverin dayanacağı elan olunub. Sahibkarlar mağazalarını təhvil vermək niyyətindədirlər. “Gələn aydan mağazanı təhvil verəcəm. Dollar bahalaşdığından malların qiymətini qaldırmağa məcburam. Heç bu qiymətə paltar alan yox idi. Qiymətlər qalxandan sonra bazara gələn olmayacaq” – bunu “Binə”də alver edən Nuru Həsənov deyir.

N.Həsənov əlavə edir ki, qonşu mağazaların sahibləri ilə çıxış yolu axtarırlar: “Mən bu mağazanın sahibinə ayda 2300 manat icarə haqqı ödəyəm. Bundan əlavə, bazar rəhbərliyinə yer haqqı verirəm. Vergi, Sosial Müdafiə Fonduna ödəniş, işıq pulu da nəzərə alınsa, aylıq 3 min manat xərcim çıxır. Hələ üstəlik, mühafizə üçün də pul yığırlar. Buna görə də mağazanı boşaltmaq istəyirəm”.

Devalvasiya xəz paltar və digər bahalı geyim mağazalarına daha çox təsir edib.

Xəz kürklər satışı ilə məşğul olan Sahib Səfərov söyləyir ki, devalvasiya olandan sonra malların qiymətini artırıblar: “Mövsüm olmasına baxmayaraq alıcı yoxdur. 400 manata aldığımız üst geyimini 250 manata təklif edirdik. Amma indi qiymətləri bir qədər artırdıq. Çünki yenidən mal gətirməyə imkan yoxdur. Devalvasiya şəxsən mənə 100 min manatdan çox ziyan vurdu”.

S.Səfərovun sözlərinə görə, mağazanın icarə haqqı yerləşdiyi cərgəyə, ərazisinə görə dəyişir: “Məsələn, bizim mağazanın sahəsi 40 kvadratmetrdir. Mən 2 min manat ödəyirəm. Amma aylıq xərc 2500 manatdan çox olur. Hələ satıcılara da maaş veririk”.

Sahibkarlar icarə haqqının azaldılması üçün müraciət edəcəklərini də deyirlər: “Hələlik gözləyirik, görək müraciət edənlərə nə cavab verəcəklər”.

Qeyd edək ki, ticarət mərkəzində 3-cü cərgədən başlayaraq bağlanan mağazaların sayı artır. Bəzi cərgələr, ümumiyyətlə, boşaldılıb. Satıcılar fevralda baş verən devalvasiyadan sonra alverin zəiflədiyini, buna görə də 600-dək mağazanın bağlandığını deyirlər. Dünəndən başlayaraq isə bağlanan mağazaların sayı durmadan artır.

Ticarət mərkəzinin əsasən “Şirniyyat” adlandırılan ərazisində alıcı gözə dəyirdi. Geyim, çilçıraq, oyuncaq mağazalarının sahibləri isə dolların bahalaşmasından sonra alıcılıq qabiliyyətinin zəifləməsindən şikayətçidir.

Satıcı Fazil Quliyev alverin zəiflədiyini deyir: “Alıcılar daha çox Yeni il hədiyyələri alırlar. Ötən ilin bu vaxtında bazar qaynayırdı. Indi isə hətta şənbə-bazar da alver zəif olur. Dollar bahalaşandan sonra isə, ümumiyyətlə, heç nə sata bilmirik” (virtualaz.org).

Bakıda apteklər bağlandı, bəzilərində isə qiymət qalxdı

Manatın növbəti devalvasiyası dərman vasitələrinə də təsirsiz ötüşməyib. Azərbaycanda istifadə olunan dərman vasitələrinin əksəriyyəti xaricdən alınır. Dolların bahalaşması isə təbii ki, dərmanların qiymətinə təsirsiz ötüşməyəcək.

Bu səbəbdən apteklər bir neçə günlüyə bağlanılıb, yaxud dərmanlar artıq yeni qiymətlərlə satışa çıxarılır.

Iqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Modern.az-a bildirib ki, apteklərin müəyyən müddətə bağlanması dərman vasitələrinin yenidən qiymətinə baxılması ilə əlaqədardır.

O qeyd edib ki, manatın məzənnəsinin dəyişməsi tənzimlənən dərman vasitələrinə yenidən baxılmasını zəruri edib: “Lakin bu o demək deyil ki, tənzimlənən dərman vasitələrinin qiymətləri əvvəlkindən də baha qiymətə satılacaq. Çünki biz dərman vasitələrinin qiymətlərini dəfələlərlə aşağı salmışdıq və onların qiymətlərinə yenidən baxıldıqda belə burada artım ciddi hiss olunmayacaq”.

Nazirlər Kabinetinin 2015-ci il aprelin 14-dəki qərarına əsasən, dövlət qeydiyyatına alınan dərman vasitələri qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısına daxil edilib.

Bu il sentyabrın 15-dən ölkədəki dərman vasitələrinin Tarif (qiymət) Şurasının müəyyənləşdirdiyi vahid qiymətlə satılmasına başlanılıb.

“Veysəloğlu”dan qiymət açıqlaması

Manatın üzən məzənnə rejiminə keçməsi “Veysəloğlu” Şirkətinin distribüterlik etdiyi məhsulların qiymətlərinə də təsirsiz ötüşməyəcək. Bu barədə şikətin yaydığı məlumatda deyilir. Məlumatda qeyd olunur ki, şirkətin əsas fəaliyyəti idxal üzərində qurulduğundan dolların məzənnəsinin kəskin artması şirkət üçün də bir sıra çətinliklər yaradıb. Hazırda şirkət özünün qiymət siyasətini yenidən nəzərdən keçirir.

Qiymət artıranlar cəzalandırılacaq

Iqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və Istehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında məzənnə dəyişikliyi ilə bağlı olmayan qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarının qarşısının alması üçün nəzarət tədbirlərini gücləndirib. Bu barədə Iqtisadiyyat və Sənaye Nazirliyindən xəbər verilib.

Bildirilib ki, bununla əlaqədar Dövlət Xidməti istehlak bazarında baş verən dəyişiklikləri diqqətlə təhlil edir və manatın məzənnəsinin dəyişməsindən sui-istifadə hallarına rast gəlindiyi təqdirdə, qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Kitabların qiyməti artacaq

Manatın kəskin ucuzlaşması kitab bazarına da təsir edəcək. Bakının kitab mağazaları arasında aparılan sorğu belə deməyə əsas verir.

Bakının “Akademiya”, “Kitabevim”, “Ali&Nino” və başqa kitab mağazalarında qiymətlər bir həftə əvvəlki qiymətlərlə eynidir. Amma onlardan bəziləri qiymətlərin gələn aydan qalxacağını deyir, bəzi kitab dükanları isə lap elə bu aydan – yeni nəşrlər gəldikcə qiymətləri yeniləyəcəklər (azadliq.org).

Ipoteka ilə satılan evlər bahalaşdı

Manatın devalvasiyası evlərin də qiymətinə təsir etməyə başlayıb. Indiyədək mənzillərin ipoteka ilə satışını həyata keçirən “Kristal Abşeron” şirkəti qiymətləri artırıb. Belə ki, şirkətin Xırdalanda həyata keçirdiyi tikinti layihəsində ipoteka krediti ilə satılan təmirli mənzillərin 1 kvadratmetrinin qiyməti 950 manatdan 1165 manata qalxıb. Yəni qiymətlər 22,6% bahalaşıb.

Nəticədə ipoteka kreditlərinin şərtləri olduğu kimi qalsa da, ilkin ödəniş və aylıq ödəniş məbləğləri yüksəlib. Belə ki, indiyədək bu layihədə 1 otaqlı 27,4 kvadratmetrlik mənzili 2712 manat ilkin ödəniş etməklə, aylıq 205 manat ödənişlə 20 illiyə almaq olardı. Hazırda isə qiymətlər artdıqdan sonra ilkin ödəniş 3255 manata, aylıq ödəniş isə 246 manata qalxıb.

Şirkətin Yeni Günəşlidəki binalarında da qiymətlər artıb. Indiyədək ipoteka krediti ilə satılan təmirli mənzillərin 1 kvadratmetrinin qiyməti 1290 manat olduğu halda, indi bu rəqəm 1550 manat olub. Nəticədə hazırda 1 otaqlı evin alınması üçün ilkin ödəniş 5974 manat, aylıq ödəniş isə 450 manatdır (Fins.az).

Zinət əşyalarının idxalına böyük rüsumlar gəlir

“Biz dəbdəbəli malların, zinət əşyalarının idxalına qarşı rüsum siyasətini sərtləşdirməliyik”. Bunu MB sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, bu təcrübə qonşu ölkələrdə də var: “Məsələn, qonşu Türkiyədə bu cür addım atılıb. Biz bunu etməliyik, bazarlarımızı qorumalıyıq, o cümlədən iqtisadi metodlarla idxalı məhdudlaşdırmalıyıq. Təbii ki, kimsə dəbdəbəli malları ölkəyə idxal etmək istəyirsə, böyük rüsumlar ödəməlidir və bu pullar dövlət büdcəsinə getməlidir”.

Zinət əşyalarının idxalına əlavə rüsumun tətbiq edilməsi belə əşyaları bahalaşdıra bilər.

Banklar kredit ayırmağı dayandırdı


Manatın 47,6% ucuzlaşmasından sonra banklar kredit ayırmağı dayandırıb. Bank sektorundan bildirilib ki, qərarın banklar üçün nəticəsi pis olacaq. “Ilk növbədə kreditlərə tələb kəskin azalıb. Digər tərəfdən risk artıb. Krediti ayıra bilərik, amma həmin kreditin qaytarılmayacağı riski böyükdür”,- bank sektorundan bildirilib (marja).

Xaricə turpaketlərin qiyməti kəskin artıb

Devalvasiya nəticəsində ölkədə fəaliyyət göstərən turizm şirkətləri dekabrın 22-dən etibarən xaricə səyahət xidmətlərininÿ qiymətini təxminən adekvat məbləğdə ÿqaldırıb.

“Report”un mövzu ilə bağlı turizm şirkətləri arasında keçirdiyi sorğunun nəticəsində məlum olub ki, bir çox yerli turoperatorlar mövcud vəziyyətlə əlaqədar olaraq həm turların, həm də aviabiletlərin qiymətini artırıb. Şirkətlərdə artıq bron edilən turpaket və biletlərdən imtina halları da müşahidə olunur.

“OK Tours” şirkətindən bildirilib ki, bu gündən bilet və turpaketlər artıq cari valyutaÿ məzənnələrinəÿ uyğun olaraq ÿyeni qiymətlə satılır: “Təbii ki, turları və biletləri dollarla sifariş etdiyimiz üçün dünənə qədər 1,05 AZN/USD məzənnəsi iləÿsatırdıq. Bu gündən isə hesablaşmalarÿartıq 1,55 AZN/USD məzənnəsi ilə aparılır.ÿ Bütün turizm şirkətlərində qiymətlər bu cür tənzimlənir.ÿValyutanın bahalaşmasıÿ ödənişi tam həyata keçirən müştərilərə aid deyil.ÿÖdənişin yarısını edən müştərilər isə pulun qalan hissəsini artıq yeni məzənnə ilə etməlidir.ÿArtıqÿ 11 nəfər bu turpaketlərdənÿ imtina edib”.

“7 Days” turizm şirkətiÿdə bu gündən satışıÿ yeni ÿqiymətlə aparır: “AZAL satışı necə həyata keçirirsə, bizdə də həmin qaydalar tətbiq edilir. Dünənə qədər 50% ödənişlə satılan bir turpaketdən müştəri bu gün dolların bahalaşması səbəbindən imtina edib. Bileti bron edən zaman müştəriyə xəbərdarlıq edirik ki, məzənnə tez-tez dəyişir və bu gün sifarişlə, məsələn, 300 manata aldığı biletin qiyməti digər 50%-i ödəyənə qədər dəyişə ÿbilər. Əslində, burada heç bir təəccüblü hal yoxdur, çünki bundan əvvəlÿdə bütün xarici tur və biletlərin qiyməti dollar və avro iləÿ tənzimlənib”.

“Regea Travel” şirkəti isə qiymətlərin yeni məzənnə ilə tənzimlənməsi üçün müvəqqəti olaraq xarici ÿturpaketlərin satışını dayandırıb: “Dünən şirkətimiz iki bilet satıb və bunun qiyməti köhnə məzənnə ilə hesablanıb. Əvvəlcədən ödəniş edənlər yox, amma bron edən müştərilərdən iki nəfər bu gün turpaketdən imtina edib. Brondan imtina edənlərin cərimə faizləri çıxıldıqdan sonra ödənişin qalan hissəsi geri ödəniləcək”.

“Millennium Tourism and Congress DMC” şirkətindən xarici turpaketlərin qiymətinin məzənnədən asılı olduğunu qeyd ediblər: “Turizm şirkətlərində qiymətlər avtomatik olaraq məzənnəyə ÿgörə dəyişir. Bundan əvvəlÿdə qiymətləri günün məzənnəsinə ÿuyğun tənzimləyirdik. Əgər müştərinin vaxtında etdiyi dollarlaÿ ödənişi şirkət gecikdirirsə, bu zaman valyutanın bahalaşması ÿnəticəsində əlavə xərci də turoperator ÿödəyir. Müştəri 50% ödəniş etdiyi turpaketdən özü imtina etdiyi halda, hotelin və ya digər ödənişli əməliyyatların cəriməsi ödənilən vəsaitdən çıxıldıqdan sonra qalan hissəsi qaytarılacaq”.
Kreml Bakıdakı dostlarını növbəti dəfə necə məyus etdi? - təhlil
Vergi müfəttişlərindən inanılmaz dələduzluq - özəl
Hökumətin sosial fəlakət siyasəti – təhlil
Bakıda gömrükçülər həbs edildi - aralarında deputatın qohumu da var
Nazir şöbə müdirini işdən çıxartdı
Xəbər lenti
23/10/2017 [11:31]:
Bakıda kriminal avtoritet həbsdə ölüb
23/10/2017 [11:24]:
İpoteka Fondu qaydaları pozub - rəsmi
23/10/2017 [11:01]:
Kəmaləddin Heydərov vətəndaşları qəbul edəcək
23/10/2017 [10:33]:
Neymar meydandan qovuldu
23/10/2017 [09:57]:
Gürcüstandakı seçkilərdə hakim partiya qalib gəlib
23/10/2017 [09:22]:
Rusiyada Polad Bülbüloğluna daha bir medal verildi
23/10/2017 [02:05]:
Bakıda nazirliyin işçisi bıçaqlandı
23/10/2017 [00:43]:
Rusiya bazarında güclü yanğın olub
23/10/2017 [00:27]:
Bütün Türkiyə “Qarabağ”a dəstək verir
22/10/2017 [23:41]:
Avtobus sürücüsündən kobud qayda pozuntusu - Video
22/10/2017 [22:33]:
Şəhid Cabbar Zeynalov Saatlıda dəfn ediləcək
22/10/2017 [21:41]:
Qəbələdə azarkeşlər arasında insident
22/10/2017 [20:47]:
Rusiya DİN azərbaycanlı polisi mükafatlandırdı
22/10/2017 [19:39]:
Gülən ekstradisiya ediləcəkmi? - Buna mane olan prosedur qalmayıb
22/10/2017 [18:14]:
Azərbaycan cüdoçusu erməni rəqibini yenərək dünya çempionu oldu
22/10/2017 [17:07]:
Ermənistanın növbəti təxribatı - Hərbi qulluqçumuz şəhid oldu
22/10/2017 [16:43]:
İraq seçkiyə gedir - Gələn il parlament yenidən formalaşacaq
22/10/2017 [15:59]:
Türkiyədən Azərbaycana jest: Derbidə “QARABAĞ” plakatı açıla bilər
22/10/2017 [14:45]:
Azərbaycanda qonorarlarla bağlı mühüm yenilik
22/10/2017 [14:41]:
Azərbaycan Ermənistana Lukaşenkonun raketləri ilə cavab verəcək
22/10/2017 [13:58]:
Temur Abazov Marneuli rayon icra başçısı seçilib
22/10/2017 [13:47]:
Gülləbaranda yaralanmış azərbaycanlı namizəd səs çoxluğu qazandı
22/10/2017 [12:41]:
Sabah Bakıda yağış yağacaq
22/10/2017 [11:16]:
Sabah Kataloniya müstəqilliyini elan edə bilər
22/10/2017 [10:20]:
BDU məzunu Mərkəzi Amerikanın ən məşhur yazıçısı oldu
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
“Bakıda böyük partlayış olacaq” - Əməkdar memardan həyəcan təbili
Prezidentdən polislə bağlı sərəncam
General 7 rayonun hərbi komissarını işdən çıxardı - Siyahı
Qaz, su və işığ xüsusilə külli miqdarda talayanlara 7 ilədək həbs cəzası  - Prezidentdən təklif
Sükan arxasında söhbət edənlər necə müəyyən ediləcək? - Açıqlama
Daha 3 dövlət qurumunun xidməti avtomobilləri əlindən alındı
Vəzirov 1989-cu ildə Bakıda olan ABŞ səfirinə nə deyib?
Nazir müavini nazirlə quda oldu
Fətullah Gülənin Azərbaycanda əsas adamı həbs olundu
Hökumətin sosial fəlakət siyasəti – təhlil
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin