Dünya

Əfqanıstan hökuməti və “Taliban” arasında danışıqlar keçirilir – YENİLƏNİB

Qətərin paytaxtı Dohada Əfqanstan hakimiyyətinin təmsilçiləri, siyasi qüvvələri ilə “Taliban” qruplaşmasının nümayəndələri arasında danışıqların yeni raundu başlayıb.
“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.
Bir müddət əvvəl Əfqanıstanın keçmiş Prezidenti Həmid Karzayın da görüşdə iştirak edəcəyinə dair məlumat yayılmışdı. Ancaq naməlum səbəblərdən o, Dohaya səfər etməyib.
Qeyd edək ki, Əfqanıstandaxili danışıqlar 2020-ci ilin sentyabrında Dohada başlayıb.
11:28
Qətərin paytaxtı Dohada Əfqanıstan hakimiyyətinin təmsilçiləri, siyasi qüvvələrin və “Taliban” qruplaşmasının nümayəndələri arasında iyulun 17-də müzakirə aparılacaq.
“Report” xəbər verir ki, məlumatı “1TV News” yayıb.
Bildirilib ki, tərəflər keçid hökumətin yaranması, əsirlərin dəyişdirilməsi və atəşkəsin tətbiq edilməsi məsələlərini müzakirə edəcəklər.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button