Dünya

Əfqanıstan Müdafiə Nazirliyi: “Taliban”ın 284 silahlısı zərərsizləşdirilib”

“İyulun 16-da gecə saatlarında gedın döyüşlər nəticəsində “Taliban”ın 284 silahlısı ölüb, 205-i yaralanıb”.
“Report” “Sputnik Afqanistana”ya istinadən xəbər verir ki, bunu Əfqanıstan Müdafiə Nazirliyi elan edib.
Bildirilib ki, “Taliban” silahlıları Nanqarhar, Qəznə, Host, Maydan Vardak, Qəndəhar, Cuzcan, Sarı-Pol, Samanqan, Bəlx, Gilmend, Tahat və Kabul əyalətlərində gedən döyüşlərdə öldürülüb.
Məlumata görə, 15 müxtəlif tip mina zərərsizləşdirilib . Müdafiə Nazirliyinin mətbuat katibi Favad Amanın sözlərinə görə, Şeyx Əli rayonunun mərkəzi, Pərvan əyalətinin Şinvari rayonu qruplaşma silahlılarından azad edilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button