Dünya

Əfqanıstan Prezidenti ABŞ hərbçilərinin tərk etdiyi aviabazaya gedib

Əfqanıstan Prezidenti Əşrəf Qani bir həftə əvvəl ABŞ qüvvələrinin tərk etdikləri Baqram aviabazasına gedib.
“Report” xəbər verir ki, məlumatı “Tolo News” telekanalı yayıb.
Bildirilib ki, Əşrəf Qani heyətə Baqram həbsxanasının idarə edilməsi üçün tapşırıqlar verib.
Qeyd edək ki, Baqram bazası Əfqanıstanın paytaxtı Kabuldan şimalda yerləşir. Bu obyektdən 1979-1989-cu illərdə Əfqan müharibəsində keçmiş SSRİ istifadə edib. Baqram 2001-ci ildən 2021-ci ilədək ABŞ hərbçilərinin əsas bazası olub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button