Dünya

Əfqanıstan Prezidenti ölkənin şimal bölgəsinə gedib

Əfqanıstan Prezidenti Əşrəf Qani və hökumətin yüksək vəzifəlilərindən ibarət nümayəndə heyəti iyulun 13-də yerli vaxtla səhər saatlarında ölkənin şimalında yerləşən Bəlx əyalətinə səfər edib.
“Report” “Sputnik Əfqanıstan”a istinadən xəbər verir ki, səfərdə məqsəd Məzar-Şərifdə təhlükəsizliklə bağlı vəziyyəti araşdırmaqdır.
Əşrəf Qaninin səfərdə müşayiət edən Prezidentin birinci müavini Əmrullah Salehin sözlərinə görə, səfərin əsas məqsədi ümumilikdə Əfqanıstanın şimalındakı təhlükəsizliklə bağlı vəziyyəti araşdırmaqdır.
Məlumata görə, bir neçə ölkənin, o cümlədən Rusiyanın Baş konsulluğu Məzari-Şərifdən köçürülüb.
Qeyd edək ki, Əfqanıstanda hökumət qüvvələri ilə “Taliban” qruplaşması arasında döyüşlər davam edir. Qruplaşma bildirib ki, siyasi tələbləri təmin olunandan sonra atəşkəsi dayandıracaqlar.
Əfqanıstan Müdafiə Nazirliyindən bildirilib ki, Kunduz, Əliabad, Bədəxşan əyalətinin Yaftal Pain, Herat əyalətinin Adraskan və Qəndəharinı Arğandab qəsəbələri “Taliban”dan geri alınıb.
Qruplaşma isə Qor əyalətinin 3 şəhərinə nəzarəti ələ keçirdiyini, Qəzni, Qəndəhar, Taxar, Bədəxşan, Herat, Faryab, Bağlan, Kunduz, Badğis, Cövzcan, Maidan, Vardak və Helmənddə döyüşlərin davam etdiyini bildirib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button