Dünya

Əfqanıstan Prezidenti Özbəkistana getdi |

Əfqanıstan Prezidenti Əşrəf Qəni Özbəkistanda ikigünlük səfərdədir.
“Report” “Tolonews”a istinadən xəbər verir ki, məlumatı Əfqanıstanın Prezident Administrasiyası yayıb.
Bildirilib ki, Əşrəf Qəni Özbəkistanda “Mərkəzi və Cənubi Asiya: regional əlaqələr, problemlər və imkanlar” mövzusunda keçirilən zirvə toplantısında iştirak edəcək.
Sammitdə əsasən, iqtisadiyyat, təhlükəsizlik və mədəniyyət mövzuları müzakirə olunacaq. Toplantının başlıca hədəfi Mərkəzi və Cənubi Asiya ölkələri arasında tarixi əlaqələrin yenilənməsidir.
Zirvə toplantısına Pakistan və Hindistanın da Baş nazirləri dəvət olunublar.
Əfqanıstan Prezidentinin rəsmi nümayəndəsi Lətif Mahmudun sözlərinə görə, Əşrəf Qəni Özbəkistan Prezidenti Şavkat Mirziyayevlə də iki tərəfli məsələləri, əsas iqtisadi layihələri müzakirə edəcək.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button