Dünya

Əfqanıstan təhlükəsizlik qüvvələri əməliyyat keçirib, 19 talib ölüb, 15-i yaralanıb

Əfqanıstanın şimalında yerləşən Farbay əyalətinin Peştun Kot rayonunun Xoca Namus kəndində təhlükəsizlik qüvvələrinin havadan keçirdiyi əməliyyat nəticəsində “Taliban” hərəkatının 19 silahlısı öldürülüb.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Əfqanıstanın şimalındakı “Şahin”lər Korpusunun Komandanlığından bildiriblər.
Komandanlığın açıqlamasına əsasən, “Taliban”ın 15 silahlısı yaralanıb.
Öldürülənlər arasında silahlı qruplaşmanın bölgə üzrə məsul şəxslərinin də olduğu bildirilib.
“Taliban” məsələyə münasibət bildirməyib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button