Dünya

Əfqanıstanda 5,1 bal gücündə zəlzələ olub

İyunun 25-də səhər saatlarında Əfqanıstanın paytaxtı Kabulda və başqa şəhərlərdə 5,1 bal gücündə zəlzələ olub.
“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı ölkənin Təbii Ehtiyatlar üzrə Dövlət Komitəsi yayıb.
Yeraltı təkanların ocağı ölkənin şimal-şərqindəki Hinduquş dağ silsiləsində, 18,6 km dərinlikdə yerləşib.
Zəlzələ Parvan əyalətinin mərkəzi Çarikar şəhərində də hiss edilib.
İnsan itkisi və dağıntılar barədə hələlik məlumat yayılmayıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button