Dünya

Əfqanıstanda avtobusa hücum olub, 4 nəfər ölüb, 4-ü yaralanıb

Əfqanıstanın paytaxtı Kabulda törədilən partlayış nəticəsində 4 nəfər ölüb, 4 nəfər yaralanıb.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Kabul polis idarəsinin sözçüsü Firdevs Faramarz bildirib.
Onun sözlərinə görə, Kabulun Çar Qala rayonunda mülki sakinləri daşıyan avtomobilə bombalı hücum olub.
F.Faramarz ölənlərin sayının artacağından narahat olduqlarını da qeyd edib.
Hücumun məsuliyyətini hələ ki üzərinə götürən olmayıb.
Qeyd edək ki, iyunun 2-də Kabulda törədilən ard-arda partlayışlar nəticəsində 10 nəfər ölüb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button