Dünya

Əfqanıstanda helikopter qəzaya uğrayıb, 3 hərbçi ölüb, 1-i yaralanıb

Əfqanıstan Hərbi Hava Qüvvələrinə məxsus “Mi-17” helikopterinin qəzaya uğraması nəticəsində üç hərbçi ölüb, biri yaralanıb.
“Report” “TOLO News”a istinadən xəbər verir ki, məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb.
Hadisə gecə saatlarında ölkənin mərkəzində yerləşən Vardak əyalətinin Caqatu rayonunda baş verib.
“Taliban” qruplaşması isə helikopteri vurduqlarını açıqlayıb və hadisənin məsuliyyətini üzərinə götürüb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button