Dünya

Əfqanıstanda partlayış olub, 1 dinc sakin ölüb, 9-u yaralanıb

Əfqanıstanın şimalında yerləşən Samanqan əyalətinin mərkəzində – Aybak şəhərində ard-arda partlayışlar nəticəsində bir dinc sakin ölüb, 9-u yaralanıb.
“Report” “Sinxua”ya istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirib.
Nazirliyin nümayəndəsinin sözlərinə görə, iyulun 17-də günorta saatlarında Aybak şəhərində ard-arda iki mina partlayıb.
Bildirilib ki, heç bir qruplaşma partlayışın məsuliyyətini üzərinə götürməyib. Polis araşdırmaya başlayıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button