Dünya

Əfqanıstanda polis idarəsinin yaxınlığında partlayış olub, 4 nəfər ölüb

Əfqanıstanın şimalındakı Bəlx əyalətinin Dövlətabad rayonunda bomba yüklənmiş maşınla edilən hücum nəticəsində 4 nəfər ölüb.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Dövlətabadın icra başçısı Cəlaləddin Karızadə bildirib.
Onun sözlərinə görə, hücum polis idarəsi binasının yaxınlığında baş verib. Hadisə nəticəsində 3 mülki şəxs, 1 polis əməkdaşı ölüb, 1 nəfər yaralanıb. Karızadə partlayış nəticəsində ərazidəki binalara və yaşayış evlərinə ziyan dəydiyini də deyib.
Hücumun məsuliyyətini heç kim üzərinə götürməsə də, rayon başçısı hadisəyə görə “Taliban”ı ittiham edib.
Məlumata görə, son iki ayda “Taliban” 15 rayonda nəzarəti ələ keçirib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button