Dünya

Əfqanıstanda “Reuters”in foto-müxbiri öldürülüb |

Əfqanıstanın cənubunda Qəndəhar əyalətinin Spin-Boldak yaşayış məntəqəsində “Taliban” qruplaşması ilə atışma zamanı “Reuters” agentliyinin foto-müxbiri Daniş Siddikui öldürülüb.
“Report” xəbər verir ki, məlumatı Qəndəhar əyaləti qubernatorunun nümayəndəsi “RİA Novosti”yə bildirib.
Onun sözlərinə görə, son günlər Daniş Siddikui regionda baş verənləri işıqlandırırmış.
“Taliban” qruplaşması Əfqanıstanla Pakistan sərhədində yerləşən Spin-Boldaka nəzarət etdiklərini bildirib.
Qeyd edək ki, Daniş 2018-ci ildə Myanmada qovulan roxinca qaçqınlarına həsr etdiyi “Bədii fotoqrafiya” nominasiyasına görə Pulitzer mükafatına layiq görülüb.
Xatırladaq ki, 1917-ci ildə Nyu-Yorkda təsis edilən Pulitzer mükafatı ABŞ-ın nüfuzlu diplomlarından sayılır. 2017-ci ildən qalibə 15 min dollar məbləğində pul mükafatı verilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button