Dünya

Əfqanıstanda sərnişin avtobusunun partlaması nəticəsində azı 16 nəfər ölüb

Əfqanıstanın cənubundakı Zabul əyalətində sərnişin avtobusu yol kənarına qoyulmuş minaya düşərək partlayıb.
“Report” xəbər verir ki, bu barədə “RİA Novosti”yə yerli mənbə bildirib.
Məlumata görə, Şahr-ə-Safa dairəsində baş verən partlayış nəticəsində azı 16 nəfər həlak olub. Hadisə zamanı həmçinin bir neçə nəfərin xəsarət alması barədə bildirilir.
Digər məlumata görə, hadisə zamanı avtobusda 25 sərnişin olub. Qeyd edilir ki, onların hamısı partlayış zamanı ölüb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button