Dünya

Əfqanıstanda terror – 30 nəfər ölüb

Əfqanıstanın şərqində yerləşən Lohar əyalətində partlayış törədilib, ölən və xəsarət alanlar var.

APA-nın xəbərinə görə, bu barədə 1TV telekanalı yerli hakimiyyətə istinadən xəbər yayıb.

Bildirilib ki, hadisə əyalətin paytaxtı Pol-e Alam şəhərində qeydə alınıb.

Partlayış zamanı ən azı 30 nəfər ölüb, 60-dan çox insan xəsarət alıb.

Hadisəyə görə məsuliyyəti heç kim öz üzərinə götürməyib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button