Dünya

Əfqanıstanda terror aktı törədilib, 6 polis ölüb, 10-u yaralanıb

Əfqanıstanın şimalında yerləşən Baqlan əyalətinin mərkəzi Pole-Xumri şəhərində törədilən terror aktı nəticəsində təhlükəsizlik qüvvələrinin 6 əməkdaşı ölüb, 10-dan çoxu yaralanıb.
“Report” “TOLO News” telekanalına istinadən xəbər verir ki, bunu yerli hökumətin nümayəndələri bildirib.
Hadisə iyunun 9-dan 10-na keçən gecə şəhərdəki hərbi bazanın yaxınlığında baş verib. Terrorçular avtomobili partladıblar.
“Taliban” qruplaşması partlayışın məsuliyyətini üzərinə götürüb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button