Dünya

Əhalinin 65 faizdən çoxu Makrondan narazıdır

Fransa Prezidenti Emmanuel Makronun karantin rejiminin sərtləşməsi ilə bağlı açıqlaması gənclər arasında populyarlığının kəskin azalmasına səbəb olub.
“Report” xəbər verir ki, bunu “Ifop” tərəfindən həftəlik “Le Journal du Dimanche” qəzeti üçün aparılan sorğunun nəticələri deməyə əsas verir.
Xüsusilə peyvənd olunmayan tibbi personalın işdən çıxarılmasını müdafiə edən Makronun hərəkətləri, 25 yaşdan 34 yaşa qədər olan insanların 68% -i tərəfindən qınanıb.
Sorğuda iştirak edən sənətkarlar və ticarət işçilərinin 70 faizi, firma, müəssisə sahiblərinin 67 faizi, əhalinin orta təbəqələri arasında, xüsusən də işçilərin 68 faizi prezidentdən narazıdır. Sorğu 13-15 iyul tarixlərində 984 nəfər arasında keçirilib.
Fransa Prezidenti Emmanuel Makron televiziya vasitəsilə vətəndaşlara müraciətində bildirib ki, tibb işçilərinin peyvəndlənməsi məcburidir, sərhədlərdə nəzarət gücləndiriləcək, COVID-19 epidemiyası ilə bağlı PCR testləri ödənişli olacaq, ictimai yerlərdə avqustun əvvəlindən sanitar pasport tələb olunacaq.
Eyni zamanda iyulun 21-dən teatr, konsert, festivallarda və attraksion parklarında sanitar pasport tələb olunacaq. Ölkədə 50 nəfərdən çox insanın toplaşdığı məkanlara COVID pasportu olmadan girişə icazə verilməyəcək.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button