Cəmiyyət

Əhməd İsmayılov: “Ayrılan maliyyə dəstəyinə nəzarət olacaq”

“Müsabiqələrimiz yeni formatda həyata keçirilir. Oradakı şərtlər tamamilə yenidir. Bu müsabiqələrin keçmiş ənənənin davamı olaraq qiymətləndirilməsi doğru deyil”.
“Report”un xəbərinə görə, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov keçirdiyi mətbuat konfransında deyib.
O xatırladıb ki, ilk dəfə olaraq onlayn media subyektlərinə dəstək müsabiqəsi keçirilib:
“Qəzet redaksiyaları ilə yanaşı, qəzetlərin saytlarına da maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulub. Ayrılan maliyyə dəstəyinə isə nəzarət göstəriləcək. Məqsədimiz media subyeklərinin iqtisadi müstəqilliyinə də nail olmaqdır”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button