GündəmRedaktorun seçimi

Əhmədzadənin yerinə təyinat

Zaur Mikayılov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Bu barədə dövlət başçısı İlham Əliyev aprelin 5-da sərəncam imzalayıb.
Zaur Mikayılov “Agro Supply” MMC-nin təmsilçisidir. Şirkət aqrar sektorla bağlıdır. 2017-ci ildə qeydə alınan “Agro Supply” MMC “PAŞA Holdinq” MMC ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153-də qeydiyyatdan keçib.
“Pravda.az” saytının yazdığına görə, martın 15-də Zaur Mikayılov “PAŞA Holdinq” MMC-yə məxsus “Azərbaycan Supermarket” MMC-nin direktoru vəzifəsindən azad edilib.
Prezident İlham Əliyevin aprelin 2-də imzaladığı sərəncamla Əhməd Əhmədzadə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən çıxarılıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button