Dünya

Əlcəzair hökuməti istefa verib |

Əlcəzairdə Əbdüləziz Cerradın başçılıq etdiyi hökumət seçkilərlə bağlı istefa verib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı iyunun 24-də Əlcəzair prezidentinin mətbuat xidməti yayıb.
Bildirilib ki, Əlcəzair prezidenti Əbdülməcid Tebbun baş nazir Əbdüləziz Cerradın istefasını qəbul edib və yeni hökumət formalaşdırılanadək səlahiyyətləri icra etməyi tapşırıb.
Xatırladaq ki, bu ilin fevralında Tebbun parlamentin buraxılması və ölkənin siyasi həyatında gənclərin iştirakına şərait yaratmaq məqsədilə iyunun 12-də növbədənkənar seçkilərin keçirilməsinə dair qərar qəbul etmişdi. Seçkilərdə Milli Azadlıq Cəbhəsi Partiyası qalib gəlib.
Qeyd edək ki, əvvəlki parlament seçkiləri 2017-ci ildə keçirilib. Onda Milli Azadlıq Cəbhəsi Partiyası səs çoxluğu ilə qalib gəlmişdi. Növbəti seçkilər 2022-ci ildə keçirilməli idi.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button