Dünya

Əlcəzairdə növbədənkənar parlament seçkiləri keçirilir

Əlcəzair parlamentinin Aşağı palatası olan Milli Xalq Məclisinə seçkilər keçirilir.
“Report”un xarici KİV-ə istinadən verdiyi məlumata görə, Afrikanın ən böyük ölkəsində 24 milyondan artıq seçici 1483 namizəd arasından 407 millət vəkilini seçir.
Belə ki, Cəmiyyət Sülh Uğrunda Hərəkatının başçılıq etdiyi islamçıların yaxından iştirak etdikləri seçkilər Sosialist Qüvvələr Cəbhəsi (FFS) və Mədəniyyəıt və Demokratiya Uğrunda Hərəkat (RCD) kimi nüfuzlu demokratik qüvvələr tərəfindən boykot edilir. Həmin qüvvələr ölkədə 200-dən artıq siyasi məhbusun olmasına etiraz edirlər.
Qeyd edək ki, bu ilin fevral ayında prezident Əbdülməcid Tebbon demokratik qüvvələrin geniş islahatlar tələbini nəzərə alaraq parlamenti buraxaraq növbədənkənar seçkilər təyin etmişdi. Belə ki, son parlament seçkilərinin 2017-ci ildə keçirildiyi Əlcəzairdə növbəti seçkilər 2022-ci ildə baş tutmalıydı. Lakin 2019-cu ildə ölkəni uzun müddət idarə edən prezident Abdüləziz Butəflikənin 5-ci müddətə seçilmək niyyəti ictimaiyyət tərəfindən narazılıqla qarşılandı, nəticədə o, ölkəni bürüyən kütləvi etirazlar fonunda istefa verməli oldu.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button