Gündəm

Əlilliyin meyarları müəyyənləşdirildi

İyunun 22-də Milli Məclis “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna təklif olunan dəyişiklikləri qəbul edib. Bununla da Azərbaycanda əlilliyin müəyyənləşdirilməsi meyarları dəyişib.

APA-nın məlumatına görə, dəyişikliyə əsasən, “I dərəcə əlilliyi olan şəxslər” anlayışı “orqanizmin funksiyalarının 81-100 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslər”, “II dərəcə əlilliyi olan şəxslər” anlayışı “orqanizmin funksiyalarının 61-80 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslər”, “III dərəcə əlilliyi olan şəxslər” anlayışı “orqanizmin funksiyalarının 31-60 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslər” anlayışı ilə əvəzlənib.

İstehsalat qəzaları və peşə xəstəlikləri ilə bağlı orqanizmin funksiyalarının 10-31 faiz itirilməsinə görə də əlillik müəyyən ediləcəyi bildirilir.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Layihənin ikinci oxunuşunda əlilliyin müəyyənləşdirilməsi ilə bağlı yeni meyarlara bir sıra deputatlar etiraz etmişdi. Deputat Əli Məsimli belə demişdi: “Burada göstərilən 31-60 faiz heç də üçüncü, 61-80 faiz ikinci dərəcəyə, 81-100 faiz birinci dərəcə əlilliyə müvafiq deyil. Azərbaycan tibbi xarakter daşıyan modeldən sosial xarakter daşıyan modelə yönəlməlidir”.

O zaman 13 deputat qanunun əleyhinə səs vermişdi.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button