Gündəm

Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri seçilib

Bu gün Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın ilk toplantısı keçirilib.

AzNews.az xəbər verir ki, toplantıda nazir müavini, general-leytenant İsmət Əliyev iştirak edib.

İctimai Şuranın tam demokratik əsaslarla seçilən üzvlərinə uğurlar arzulayan İsmət Əliyev bildirib ki, DİN “İctimai iştirakçılıq haqqında” qanuna əsasən üzərinə düşən bütün vəzifələri məmnuniyyətlə yerinə yetirəcək.

Toplantıda “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri, Xalid Qarayev və Mahirə Əmirhüseynova onun müavinləri, Sevda Məmmədli isə katib seçilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button