İdman

Əliyar Ağayev Türkiyə millisinin oyununu idarə edəcək

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti beynəlxalq oyuna təyinat alıb.
Apasport.az saytının məlumatına görə, təmsilçimiz Türkiyə yığmasının matçını idarə edəcək. 
Ağayev qardaş ölkə təmsilçisinin Qvineya milli komandaları arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyununun baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Bu görüş mayın 31-də keçiriləcək. Oyun Türkiyənin Antalya şəhərində baş tutacaq.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button