Gündəm

“Əmman 100 illik yürüş” foto sərgisi Bakıda

İordaniyanın Azərbaycandakı Səfirliyi və Əmman ŞİH, İçərişəhər- Dövlət Tarix və Memarlıq Qoruğu İdarəsi ilə birlikdə paytaxtın köhnə şəhərində, “Əmman 100 illik yürüş” adlı foto sərgi təşkil edib.

Açılış mərasimi zamanı Əmman Şəhər Komitəsinin sədri Dr. Yusif Şavarbeh Bakının ev sahibliyi etdiyi sərginin, Azərbaycan vətəndaşlarını Əmman şəhəri ilə tanış etmək və iki xalq arasında yaxınlaşmanı dərinləşdirmək üçün əhəmiyyətini vurğulayıb. Qeyd edək ki, hər il 2 mart tarixində qurucu kral I Abdullahın gəlişi ilə təmsil olunduğu İordaniya dövləti tarixində görkəmli bir hadisəyə çevirilərək Əmman şəhəri üçün bir gün olaraq seçildiyini qeyd edib.  2 mart 1921-ci ildə Əmman şəhərinin Transjordan Əmirliyinin və daha sonra İordaniyanın paytaxtı olduğunu vurğulanıb.

Əmman ŞİH ilə Bakı şəhəri icra hakimiyyəti orqanları arasında 2007-ci ildə imzalanan dostluq və əməkdaşlıq protokolunun Əmman və Bakı şəhərləri arasında iş birliyini və dostluğu möhkəmləndirməyi və dostluq əlaqələrini inkişaf etdirməyi hədəf aldığına diqqət çəkib.

İki tərəf, iki şəhərin sakinləri arasında ortaq maraqlara uyğun olaraq qarşılıqlı tanışlıq və şəhərlərin və infrastrukturun idarə olunması məsələsinin ilk bəhlərəindən biri olaraq Əmman şəhərində, yeni Bədr məntəqəsində meydana və küçəyə Heydər Əliyevin adı verilib.

Sərginin çox vacib bir tarixi və memarlıq mərkəzi olan qədim İçəri Şəhərdə keçirilməsinin vacibliyi qeyd edilib.

Açılış mərasimində İordaniyanın Azərbaycandakı Səfiri Sami Goşeh, İordaniya dövlətinin yaradılmasının 100-cü ildönümünün vacib bir milli hadisə olduğunu və İordaniya ilə azərbaycanlıları bir araya gətirən əməkdaşlıq əlaqələrinin dərinliyini xatırlatmaq üçün bir fürsət olduğunu söyləyib: “Bu münasibətləri müxtəlif səviyyələrdə gücləndirərək uğurlu yol istiqamətində Kral Abdullanın və Prezident İlham Əliyevin səylərini alqışlayırıq”.

İordaniya dövlətinin 100-cü ildönümü qeyd olunması çərçivəsində 5 gün davam edəcək sərginin, yüz il ərzində İordaniya paytaxtı Əmmanın tarixi və sivilizasiyalı inkişafı bir qrup seçilmiş şəkillərlə əhatə edəsək. Əmman şəhəri iordaniyalılar üçün əhəmiyyəti, yeri və siyasi, tarixi və mədəni dəyəri, İordaniyanın ticarət və inzibati mərkəzi, iqtisadi və təhsil ürəyi kimi səciyyələnən və çoxları üçün cazibə nöqtəsidir. Yeni və çağdaş memarlığı və ümumilikdə çoxlu sayda arxeoloji və turizm məkanları və xüsusən də tibbi müalicə yerləri ilə seçilir.

Dövlət Tarix-Memarlıq Qoruğu yanında Fotoqrafiya Evinin direktoru Əminə Məlikova çıxışında deyib ki, XIX əsrə gedən qədim və gözəl memarlıq xarakteri ilə seçilən bu sərginin köhnə Bakı şəhərində keçirilməsi yalnız iki xalq arasında olan əməkdaşlıq əlaqələrinin göstəricidir.

Məlikova, İordaniyanın UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan Petra şəhəri, Ümrə Sarayı və Umm əl-Rəsas arxeoloji kompleksi də daxil olmaqla bir çox mühüm arxeoloji ərazilərlə zəngin olduğunu xatırladıb.

Açılış mərasimində bir sıra Azərbaycan rəsmiləri, dost ərəb və xarici ölkələrin səfirləri və İordaniya icmasının Azərbaycandakı üzvləri iştirak edib. Sərgidə beş gün ərzində qonaqlar və maraqlananlar üçün qapılarını açdığı üçün İordaniyadakı turizm yerləri haqqında broşuralar paylamaqla yanaşı, Krallığın və vətənpərvərlik mahnılarının təqdimat videoları da nümayiş olunub.

Qeyd etmək lazımdır ki, bu sərgi, İordaniya dövlətinin yaradılmasının yüz illiyi münasibətilə İordaniyanın Bakıdakı səfirliyi tərəfindən Krallığın turizmin təbliğinə müsbət töhfə verən bir sıra tədbirlərdən biridir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button