İdman

Ən gənc və ən yaşlı komandalar bəlli olub

AVRO-2020-nin ən gənc və ən yaşlı komandaları bəlli olub.
Apasport.az saytının məlumatına görə, turnir üçün yekun iştirak ərizələrinə əsasən 24 komandanın orta yaş həddi müəyyənləşdirilib.
Avropanın 11 şəhərində, o cümlədən Bakıda baş tutacaq yarışın ən gənc komandası Türkiyə millisidir. “Ay-ulduzlular”ın orta yaşı 24,9-dur.
Növbəti iki yeri Böyük Britaniya təmsilçiləri tutur. İkinci sırada İngiltərə, üçüncü pillədə Uels qərarlaşıb.
Ən “qoca” yığma isə İsveçdir. Belçika ikinci, Slovakiya üçüncüdür. 
Türkiyə – 24,9İngiltərə – 25,2Uels – 25,5Ukrayna – 26,4İspaniya – 26,5İsveçrə – 27,0Polşa – 27,1Niderland – 27,2Şotlandiya – 27,3Çexiya – 27,4Almaniya – 27,5Şimali Makedoniya – 27,6İtaliya – 27,7Danimarka – 27,7Avstriya – 27,8Fransa – 27,8Xorvatiya – 27,8Portuqaliya – 27,9Rusiya – 27,9Macarıstan – 28,0Finlandiya – 28,1Slovakiya – 28,2Belçika – 29,1İsveç – 29,2

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button