Cəmiyyət

Ərə verilən 15 yaşlı qızın yeri məlum oldu

Şəkidə 15 yaşlı qız 30 yaşlı kişiyə ərə verilib.
“Report”un şimal-qərb bürosunun çəkiliş qrupu həmin qızın yaşadığı evə yollanıb.
Çəkiliş qrupumuz orada olarkən məlum olub ki, yeniyetmə qızın ata və anası polis şöbəsinə dəvət olunub.
Əməkdaşlarımız qızın qonşuları ilə həmsöhbət olublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, araşdırmalardan sonra fakt təsdiqini tapıb. Kiçik Dəhnə kənd icra nümayəndəsi Ayaz Əliyev “Report”un yerli bürosuna deyib ki, hadisədən bu gün səhər xəbər tutub.
O, əlavə edib ki, icra nümayəndəliyində həmin kənddə 15 yaşlı qızın ərə verilməsi ilə bağlı heç bir qeydiyyat aparılmayıb.
Əldə etdiyimiz məlumata görə, yeniyetmə qız Bakının Maştağa qəsəbəsində 30 yaşlı oğlanla evləndirilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button