İdman

Ərdoğan “Beşiktaş”ı qəbul edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mövsümü “qızıl dubl”la tamamlayan “Beşiktaş” klubunu qəbul edib.
Apasport.az saytının məlumatına görə, Prezident Sarayında baş tutan görüşdə ölkə başçısının köməkçisi Fuat Oktay, həmçinin gənclər və idman naziri Mehmet Muharrem də iştirak edib.
Ərdoğan həm Super Liqanın, həm də Türkiyə kubokunun qalibi olan “Beşiktaş”ı bu münasibətlə təbrik edib. O, eyni zamanda rəhbərlik, məşqçilər korpusu və futbolçularla söhbətləşib.
Qeyd edək ki, Super Liqada “Qalatasaray”la eyni sayda xal toplamasına baxmayaraq, top fərqində çempionluğu qazanan “Beşiktaş” ölkə kubokunun finalında da “Antalyaspor”a qalib gəlib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button