Dünya

Ərdoğan Merkellə videoformatda görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniya Kansleri Angela Merkel arasında videoformatda görüş keçirilib.

“Anadolu” agentliyi xəbər verir ki, Türkiyə-Avropa İttifaqı münasibətlərindəki dinamikliyin azalmamasının vacibliyini vurğulayan Ərdoğan Yunanıstanın təxribatçı fəaliyyətlərini davam etdirdiyini, ölkəsinin isə mülayim mövqeyini qoruduğunu bildirib.

Liviyada sabitliyin qorunması üçün milli birlik hökumətinin qurulmasını dəstəklədiklərini vurğulayan Türkiyənin dövlət başçısı bu məsələdə Almaniya ilə əməkdaşlığa hazır olduqlarını bildirib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button