Dünya

Ərdoğan: “Srebrenitsada törədilən soyqırım insanlıq tarixinə qara ləkə kimi həkk olunub”

“Srebrenitsada, Avropanın mərkəzində, BMT-nin gözü qarşısında törədilən qırğın insanlıq tarixinə qara ləkə kimi həkk olunub”.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpə millət konqresi və mədəniyət mərkəzində Türkiyə Gənclərinin toplantısında Bosniyada serblərin törətdiyi soyqırımdan danışarkən deyib.
“İiyulun 11-də ildönünümünü yad etdiyimiz Srebrenitsa soyqırımında şəhid omuş bosniyalı qardaşlarıma rəhmət diləyirəm. Vəhşicəsinə öldürülən 8 min 372 qardaşımızın yaraları hələ də qəlbimizdə qanamaqda davam edir. Aşkar olunan hər kütləvi məzarlıq ağrılarımızı yeniləyir. Bu qəbirlər bizə soyqırımı unutmamağımız üçün məsuliyyətimizi xatırladır. Bunu bir daha oxşar ağrıları yaşamamağımız və Qərbin soyqırım reallığı ilə qarşılaşması üçün etməliyik. Bu hadisə Avropadan Kanadaya qədər hər imkan düşəndə insan hüquqları, demokratiya və azadlıq barədə bizə məsləhət verənlərin tarixindəki utancverici ləkələri, bir-bir üzə çıxarır”, – Türkiyə Prezidenti vurğulayıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button