Dünya

Ərdoğan: “Türkiyəsiz Avropa İttifaqı güclü aktor ola bilməyəcək”

“Türkiyənin iştirakı olmadan Avropa İttifaqının güclü şəkildə mövcudluğunu davam etdirə bilməyəcəyi aşkardır”.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Avropa günü” ilə bağlı yaydığı açıqlamada bildirib.
“Avropa İttifaqının qlobal güclü bir aktor olmasına ən böyük maneə strateji dözümsüzlük və uzaqgörən ola bilməməsidir. Tarixi, coğrafiya və insanlıq baxımından Avropanın bir parçası olan Türkiyə İttifaqın qarşılaşdığı problemlərin həllinə və nüfuzunun artırılması üçün üzərinə düşəni etməyə hazırdır. Ölkəmizin iştirakı və dəstəyi olmadan İttifaqın güclü şəkildə mövcudluğunu davam etdirməyəcəyi aşkardır”, – o vurğulayıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button