Dünya

Ərdoğan yeni nazirlər təyin etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 3 yeni nazir təyin edib.

Virtualaz.org bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının nəşri olan “Rəsmi gazete” məlumat yayıb.

Məlumata görə, R.T.Ərdoğanın qərarı ilə Ailə Çalışma və Sosial Xidmətlər Nazirliyi ləğv olunub, onun yerinə iki nazirlik – Ailə və Sosial Xidmətlər Nazirliyi,  Çalışma və Sosial Təhlükəsizlik Nazirliyin təsis edilib.

Ailə Çalışma və Sosial Xidmətlər naziri Zümrüt Səlcuk da vəzifəsindən çıxarılıb. Derya Yanık Ailə və Sosial Xidmətlər naziri , Vedat Bilgin isə Çalışma və Sosial Təhlükəsizlik naziri təyin edilib.

Bundan başqa, ticarət naziri Rühsar Pekcan da vəzifəsindən çıxarılıb, onun yerinə Mehmet Muş gətirilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button