Dünya

Ərdoğandan Qərb ölkələrinə sərt ittihamlar

“Yaxın tarixdə İslam düşmənliyi nəticəsində baş verən bir çox faciələr mövcuddur. Bosniyadakı soyqırımıları, Türküstandan Fələstinədək yaşanan faciələr buna bariz nümunədir”.
“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan I Beynəlxalq Media və İslamafobiya Simpoziumunda bildirib.
“ABŞ hakimiyyətinin 2001-ci il sentyabrın 11-dən sonra başlatdığı müsəlmanları şeytanlaşdırma strategiyası İslam düşmənliyi virusunu tətikləyən bir vasitə olub. Əhalinin sürətlə azalması səbəbindən demoqrafik təhdidlərlə üzləşən Qərb ölkələri ictimai fikirdə faşist ritorikasını artırırlar. Hazırda İslam düşmənliyi dalğası çox məkrli və örtülü metodlarla həyata keçirilir. Müqəddəs kitabımız Qurani-Kərimə, dini seçimlərini ifadə edənlərə hücumlar dövlətlər tərəfindən himayə edilir və dəstəklənir. Qərbdə irqçi və İslam düşmənçiliyi zəmnində törədilən hücumlar son 5 ildə 250 faiz, bu hücumlar nəticəsində ölənlərin sayı isə 700 faiz artıb. Son 5 ildə Avropa İttifaqının ən böyük 5 ölkəsindəki vətəndaş cəmiyyətləri İslam düşmənliyi ilə bağlı 15 mindən çox hadisə qeydə alıblar”, – o vurğulayıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button