İdman

1/8 finalın son 2 oyunu keçiriləcək

AVRO-2020-nin 1/8 final mərhələsi başa çatır.
Apasport.az saytının məlumatına görə, bu gün raundun son iki oyunu keçiriləcək.
Bununla 1/4 final mərhələsinin son cütlüyü də müəyyənləşəcək.
Günün ilk matçı Londonda baş tutacaq. Bunu həm də mərhələnin mərkəzi oyunu adlandırmaq olar. Çünki iki nəhəng komanda – İngiltərə ilə Almaniya üz-üzə gələcək. Hər iki komanda qrup mərhələsində tam ürəkaçan oyun sərgiləmədiyindən, konkret kimisə favorit göstərmək mümkün deyil. Yalnız qarşılaşmanın “Uembli” stadionunda oynanılmasını ingilislər üçün üstünlük saymaq olar.
1/8 final mərhələsinə Qlazqoda yekun vurulacaq. İsveç məhz onun qrupundakı son nəticələr sayəsində ən yaxşı sonuncu üçüncü yerin sahibi kimi yoluna davam edən Ukrayna ilə üz-üzə gələcək.
Bu iki oyunun qalibləri 1/4 finalda bir-birinə rəqib olacaq. Həmin görüş iyulun 3-də Romada keçiriləcək.
AVRO-20201/8 final29 iyun20:00. İngiltərə – AlmaniyaBaş hakim: Danni Makkelie (Niderland)London. “Uembli” stadionu
23:00. İsveç – UkraynaBaş hakim: Daniel Orsato (İtaliya)Qlazqo. “Hampden Park” stadionu

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button