Gündəm

136 gündəlik yoluxma aşkarlanıb, 2 ölüm 

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına

136 yeni yoluxma faktı qeydə alınıb,  bu virusa yoluxanlardan 57 nəfər sağalıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan iyulun 10-da  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 2 nəfər  də vəfat edib. 

Açıqlamaya görə, indiyədək Azərbaycanda ümumilikdə 337 min 098 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 min 725-i sağalıb, 4984-ü vəfat edib, aktiv xəstə sayı isə  1389-a yüksəlib. 

Qurum qeyd edir ki, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar  ölkədə 10463, ötən müddət ərzində isə ümumilikdə 3 milyon 842 min 136 test aparılıb.  

Xatırlatma 

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. 

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button