Gündəm

146 gündəlik yoluxma aşkarlanıb. 

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına

146 yeni yoluxma faktının qeydə alındığı, bu virusa yoluxanlardan da 73 nəfərin sağaldığı bildirilir. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan iyulun 14-də habelə  verilən məlumata görə, son sutkada ölüm faktı qeydə alınmayıb. 

“İndiyədək Azərbaycanda ümumilikdə 337 602 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 946 nəfər  sağalıb, 4 988 nəfər vəfat edib, aktiv xəstə sayı 1668 nəfərdir  “,qərargah qeyd edib. 

Açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə  9046, ötən müddət ərzində isə ümumilikdə 3 876 962 test aparılıb.  

Xatırlatma 

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. 

 

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button