Gündəm

156 gündəlik yoluxma aşkarlanıb, 7 ölüm

Son bir gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 424 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan mayın 24-də verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.

Qurumdan bildirilib ki, indiyədək Azərbaycanda ümumilikdə 332 min 610 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 321 min 132-i sağalıb, 4867-i vəfat edib, 6611-i isə aktiv xəstədir.

Açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 5546, indiyə qədər isə ümumilikdə 3 milyon 458 min 790 test icra olunub.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə müalicə alan koronavirus xəstələri də var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3,4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button