Gündəm

156 gündəlik yoluxma aşkarlanıb 

Son bir gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına

156 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan  37 nəfər sağalıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan iyulun 11-də habelə  verilən məlumata görə,  sutka ərzində COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan şəxslərdən vəfat edən olmayıb. 

Açıqlamaya görə, indiyədək Azərbaycanda ümumilikdə 337 min 254 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 min 762-i sağalıb, 4984-ü vəfat edib, aktiv xəstə sayı isə  1508-ə yüksəlib. 

Qurum qeyd edir ki, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar  ölkədə 10144, hazırkı dövrədək isə ümumilikdə 3 milyon 852 min  280 test aparılıb. 

Xatırlatma 

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. 

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button