Gündəm

169 gündəlik yoluxma aşkarlanıb

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 169 yeni yoluxma faktının qeydə alındığı, bu virusa yoluxanlardan isə 92 nəfərin  sağaldığı bildirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan iyulun 16-da habelə bildirildiyinə görə,  son gündə COVID-19-dan ölüm halı qeydə alınmayıb.

” İndiyədək ölkədə ümumilikdə 337 970 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 112 nəfər sağalıb, 4 990 nəfər vəfat edib, aktiv xəstə sayı 1 868 nəfərdir “,  qərargahdan bildirilib

Açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 8 628, ötən müddət ərzində isə ümumilikdə 3 894 683 test aparılıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button