Gündəm

19 nəfər itkin hesab edilr

Azərbaycan Müdafiə Nazirliyi İkinci Qarabağ müharibəsində həlak olan hərbi qulluqçularla bağlı növbəti məlumat yayıb.

Orada mayın 8-dək dəfn edilən 2895 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 19 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında bilgi təqdim olunur.

Nazirlik bu müharibədə yaralanan hərbi qulluqçuların sayı ilə bağlı isə açıqlama verməyib. Qurum amma, ötən ilki bu 44 günlük savaşdan bir qədər sonra bildirmişdi ki, 1200 hərbi qulluqçu xəstəxanalarda müalicə alır.

Ötən il İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb.Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button