Cəmiyyət

2020-2021-ci tədris ilində 5 345 müəllim müddətsiz əmək müqaviləsi ilə işə qəbul olub

Ötən tədris ilində 5 345 müəllim müddətsiz əmək müqaviləsi ilə işə qəbul hüququ qazanıb.
Bu barədə “Report”a Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 2020-2021-ci tədris ili üzrə 8899 namizəd ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş müsabiqə əsasında müddətli müqavilə ilə işə qəbul olunub. Namizədlər üçün təşkil olunan onlayn müsahibələrdə 5345 nəfər uğur qazanaraq müddətli müqavilə əsasında çalışdıqları məktəbə 2020-2021-ci tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi ilə təyin olunmaq hüququ qazanıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button