Dünya

2021-ci ilin yazı Avropada son 8 ilin ən soyuq yazı olub

May ayında dünya üzrə temperatur son illərin orta göstəricilərini üstələsə də, yola saldığımız yaz Avropada son 8 ilin ən soyuq yazı olub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropanın “Copernicus” peyk monitorinqi proqramının məlumatında deyilir.
“Yazda Avropada orta temperatur 1991-2020-ci illərin analoji dövrünün orta göstəricilərindən 0,45 dərəcə Selsi aşağı olub. Beləliklə, bu, 2013-cü ildən bu yana Avropada ən soyuq yaz olub”, – məlumatda deyilir. Bununla yanaşı o da qeyd olunur ki, 2021-ci ilin mayında dünya üzrə orta temperatur 1991-2020-ci illərin eyni ayının göstəricilərindən 0,26 Selsi yüksək olub. Buna baxmayaraq, bu il Avropada yazın son ayının temperaturu 1991-2020-ci illərin orta göstəricisindən 0,46 dərəcə aşağı olub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button