Cəmiyyət

2022-ci il Yaponiya Dövlət Təqaüd Proqramları haqqında məlumatı açıqlayıb

Yaponiyanın  Azərbaycandakı  Səfirliyi hər  il  olduğu  kimi  bu  il  də Yaponiya Dövlət Təqaüd Proqramı  (MEXT)  üzrə sənəd qəbuluna  başlayıb.

Yaponiyanın  Səfirliyindən İstiqlal.az saytına bildiriblər ki, bu  proqram  Yaponiyanın  Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyinin (MEXT) xarici tələbələr üçün təqdim etdiyi tam təqaüd proqramı olaraq, təhsil haqqından azad olma, Yaponiyaya gediş və dönüş biletləri və aylıq təqaüd nəzərdə tutur. Hal-hazırda 3 təhsil proqramı üzrə sənəd qəbulu 31 may, 2021-ci il tarixinədək davam edəcək. Bütün proqramlar məzmunu, müraciətçiyə olan  şərtlər, seçim  prosedurları,  müraciət  üçün  lazım  olan  sənədlər  haqqında  ətraflı  məlumat üçün hər proqramın üzərinə gələrək keçid almaq olar.

  1. 2022-ci il Elmi-tədqiqat (elmi-tədqiqatçı tələb, magistratura, doktorantura) üzrə.
  2. Yaponiya Dövlət Təqaüd proqramı.
  3. 2022-ci il Bakalavr üzrə Yaponiya Dövlət Təqaüd proqramı.
  4. 2022-ci il Texnologiya Kolleci üzrə Yaponiya Dövlət Təqaüd proqramı.

Elmi-tədqiqat  üzrə təqaüd  proqramı  ilk  öncə 2 illik tədqiqatçı  tələbə kimi qeyri-dərəcə proqramından  başlayaraq,  daha  sonra  müvafiq  olaraq  magistratura  və ya doktorantura pilləsinədək irəliləyən minimum 2 illik təhsil proqramı olub, universitetin bakalavr pilləsinin bu il bitirəcək şəxslərdən başlayaraq 35 yaşadək şəxslərin müraciəti üçün açıqdır.

Bakalavr proqramı 1 illik hazırlıq və 4 illik bakalavr pilləsi təhsili olmaqla cəmi 5 illik proqram olaraq, orta məktəbi bu il bitirəcək şəxslərdən başlayaraq 25 yaşadək şəxslərin müraciəti üçün nəzərdə tutulmuşdur.

Texnologiya kollecində təhsil proqramı 1 illik hazırlıq və 3 illik ixtisas təhsili daxil toplam 4 illik təhsil proqramını əhatə edərək, orta məktəbi bu il bitirəcək şəxslərdən başlayaraq 25 yaşadək şəxslərə şamil olunan təhsil proqramıdır.

Yaponiya Səfirliyi tərəfindən qeyd olunan proqramlar üzrə BRİFİNQ keçiriləcək.

  1. Elmi-tədqiqat proqramı üzrə brifinq:

3 may (bazar ertəsi) saat 14:30~16:00.

  • Səfirlik tərəfindən izahat: 14:30-15:30
  • Sual-cavab: 15:30-16:00

Brifinqə qeydiyyat üçün son tarix və saat: 3 may saat 12:00

  1. b) Bakalavr proqramı və Texnologiya kolleci proqramı üzrə brifinq:

4 may (çərşənbə axşamı) saat 14:30~16:00

  • Səfirlik tərəfindən izahat: 14:30-15:30
  • Sual-cavab: 15:30-16:00

Brifinqə qeydiyyat üçün son tarix və saat: 4 may saat 12:00.

Brifinq Zoom  proqramı üzərindən  online  şəkildə keçiriləcək. Daha sonra brifinqin video yazısının səfirliyin Facebook səhifəsində yerləşdirilməsi və ya digər vasitələrlə paylaşılması planlaşdırır.

Brifinqdə iştirak  etmək istəyən  şəxslərdən  aşağıdakı  məlumatları  səfirliyin [email protected] mail ünvanına və ya Facebook səhifəsinin mesaj hissəsinə göndərməkləri xahiş olunur:

1.Müraciət etmək istədiyiniz  proqramın  adı  (Elmi-tədqiqat / Bakalavr / Texnologiya kolleci).

2.Ad və familiyanız .

3.Əlaqə nömrəniz.

4.Mailiniz .

5.Hər hansısa sualınız varsa, öncədən qeyd edə bilərsiniz.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button