İqtisadiyyat

2022-ci ilin ikinci yarısında gündəlik qlobal neft tələbatı 100 mln. bareli ötə bilər

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2021-ci il üçün gündəlik qlobal neft tələbatı üzrə proqnozunu dəyişməyib.
“APA-Economics”in OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2021-ci ildə qlobal gündəlik neft tələbatının artım tempi 6 mln. barel təşkil edəcək. Beləliklə, cari il qlobal gündəlik neft tələbatı 96,6 mln. barel səviyyəsində olacağı proqnozlaşdırılır.
OPEC-in proqnozuna görə, 2022-ci ildə qlobal neft tələbatı güclü iqtisadi artım gözləntiləri fonunda pandemiyadan əvvəlki səviyyəyə çata bilər. Göstərici illik ifadədə gündəlik təxminən 3,3 mln. barel artaraq 99,86 mln. barelə çatacaq, ilin ikinci yarısında isə neftə olan qlobal gündəlik tələbat 100 mln. bareli keçə bilər.
Hesabata qeyd olunur ki, ötən il qlobal gündəlik neft tələbatı 90,62 mln. barel olub, bu da illik müqayisədə 9,35% azdır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button