İqtisadiyyat

Yaponiyanın NEXI şirkəti ilə Anlaşma Memorandumu imzalanıb

Yaponiyanın NEXİ (Nippon İxracın və İnvestisiyanın Sığortası) şirkəti  ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında qarşılıqlı əməkdaşlıq  haqqında  anlaşma  memorandumu  imzalanıb.

İstiqlal.az xəbər verir ki, memorandumun imzalanma mərasimi online şəkildə baş tutub və bu anlaşma memorandumunun məqsədi Yaponiya ilə Azərbaycan arasında ticarətin təbliği il əbağlı əməkdaşlıq, hər  iki  ölkə şirkətlərinin qarşı tərəfin ölkə bazarlarında inkişaf imkanlarını artırmaqdır. NEXİ şirkəti indiyədək  Yaponiyanın  Azərbaycana  ixrac  prosesinə  dəstək  olaraq  ticarət sığortası təqdim edib.   Yeni imzalanmış anlaşma ilə NEXİ şirkəti  özəl  sektor  əsasında qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsi üçün lazımlı biznes mühitinin yardılmasını təmin edəcək.  NEXİ şirkəti xarici hökumətlərlə ixrac və investisiya üçün əlaqələrin genişləndirilməsini həyata keçirməklə, yapon şirkətlərinin  xarici  bazarlarda  biznes  əməliyyatlarına aktiv şəkildə  dəstək olmağa davam edir.  Anlaşma Memorandumunda toxunulmuş əsas məqamlar bunlardır: Hər iki ölkə və qonşu region ölkələrində siyasi, iqtisadi və bazar şərtləri haqqında qarşılıqlı informasiya mübadiləsi , NEXİ şirkəti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi əməkdaşlarının təlimləri, ticarət sığortası biznes imkanları haqqında qarşılqlı fikir mübadiləsi.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button