İdman

24 milli komandanın dəyəri açıqlanıb

AVRO-2020 öncəsi turnirə qatılan 24 milli komandanın dəyəri müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, araşdırma hər yığmanın qitə birinciliyinə apardığı 26 futbolçusunun ümumi transfer qiymətinə əsasən aparılıb.
Yalnız iki komandanın ümumi dəyəri bir milyard avrodan çoxdur ki, bunlar çempionluğa əsas namizədlər İngiltərə və Fransadır. İngilislərin oyunçuları fransızlardan daha yüksək qiymətə malikdir.
Üç komandanın qiyməti isə 100 milyon avro həddinə çatmayıb. Bunlar Macarıstan, Şimali Makedoniya və Finlandiyadır. Sonuncular 44,6 milyon avro ilə ən aşağı göstəriciyə malik iştirakçıdır.
1. İngiltərə – 1 milyard 270 milyon avro2. Fransa – 1 milyard 3 milyon3. Almaniya – 936,5 milyon4. İspaniya – 915 milyon5. Portuqaliya – 872,5 milyon6. İtaliya – 771 milyon7. Belçika – 669,4 milyon8. Niderland – 607 milyon9. Xorvatiya – 375,8 milyon10. Türkiyə – 325 milyon11. Avstriya – 320,1 milyon12. Danimarka – 310,7 milyon13. İsveçrə – 283,5 milyon14. Şotlandiya – 269,5 milyon15. Polşa – 254,8 milyon16. İsveç – 215 milyon17. Ukrayna – 197,2 milyon18. Rusiya – 190,8 milyon19. Çexiya – 190 milyon20. Uels – 176,7 milyon21. Slovakiya – 131,1 milyon22. Macarıstan – 74,5 milyon23. Şimali Makedoniya – 61,8 milyon24. Finlandiya – 44,6 milyon

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button