Cəmiyyət

Azərbaycan Ordusunun şəhid hərbi qulluqçusu dəfn edildi

Vətən müharibəsində şəhid olmuş hərbçi Ələkbər Əlövsət oğlu Musayev dəfn olunub.

APA-nın verdiyi məlumata görə, müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçu Ə. Musayev bu gün, doğulduğu Cəlilabad rayonunun Mollalı kəndində torpağa tapşırılıb.

Tabuta bükülmüş Azərbaycan bayrağı şəhidin atası, Birinci Qarabağ müharibəsinin iştirakçısı Əlövsət Musayevə təhvil verilib. Dəfn fəxri qaravul və yaylım atəşi ilə müşayiət edilib.

Qeyd edək ki, Ələkbər Musayev 1999-cu il iyunun 16-da anadan olub.

O, Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində itkin düşmüşdü. Hərbçimizin şəhid olduğu bu gün məlum olmuşdu.

, Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində itkin düşmüşdü. Hərbçimizin şəhid olduğu bu gün məlum olmuşdu.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button