Gündəm

34 mindən çox ipoteka krediti verilib

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

İKZF-dən bildirilib ki, Fondun xətti ilə indiyədək 34 min 251 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 826.7 milyon manatdan çoxdur.

“Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında” ölkə prezidentinin 2005-ci il 16 sentyabr tarixli Fərmanına uyğun Mərkəzi Bank nəzdində İpoteka Fondu yaradılıb.

2015-ci ildə isə Fond yenidən təşkil edilib və “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti (ASC) yaradılıb.

Daha sonra isə “Azərbaycan İpoteka Fondu” ASC-nin və “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” ASC-nin birləşməsi ilə “… İpoteka və Kredit Zəmanət Fondu” qeyri-kommersiya hüquqi şəxsi yaradılıb.

Onda adi kreditlər 8, güzəştli kreditlər isə 4 faizlə verilir. Adi kreditlərdə maksimal məbləğ 150 min manatdır, 25 illiyə verilir, ilkin ödəniş 15 faiz təşkil edir. Güzəştli kreditin müddəti isə 30 ildir, ilkin ödəniş də bir qədər azdır.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button