Gündəm

352 gündəlik yoluxma aşkarlanıb, 12 ölüm

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına
352 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 720 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan mayın 22-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 12 nəfər də vəfat edib.

Qurumdan bildirilib ki, indiyədək Azərbaycanda ümumilikdə 332235 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 319991-i müalicə olunaraq sağalıb, 4851-i vəfat edib, aktiv xəstə sayı 7393-ü isə aktiv xəstədir.

Qərərgahdan bildirildiyinə görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 10841, ötən müddət ərzində isə ümumilikdə 3446033 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3,4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button