Gündəm

371 gündəlik yoluxma aşkarlanıb, 18 ölüm

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 371 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 892 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan mayın 10-da verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 18 nəfər də vəfat edib.

Qurumdan bildirilib ki, indiyədək Azərbaycanda ümumilikdə 327087 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 307011-i sağalıb, 4698-i vəfat edib, 15378-i isə aktiv xəstədir: “Azərbaycanda son sutka ərzində 6946, hazırkı dövrədək isə ümumilikdə 3337931test aparılıb”.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.2 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button